Çin ABŞ-ın ən qısa müddətdə koronavirusu məğlub edə biləcəyinə ümid edir.
Bu barədə Çinin Xarici İşlər naziri Van İ illik mətbuat konfransında danışıb.
O bildirib ki, ABŞ koronavirus pandemiyasını ən qısa müddətdə məğlub edərək normal həyatı bərpa edə biləcək:
"ABŞ COVID-19-dan ən çox zərər çəkən ölkəyə çevrilib. Amerika xalqının yaşadığı sınaqlarla əlaqədar səmimi başsağlığımı bildirmək istərdim".
Aytən Novruz
Publika.az