Ermənistanda Müdafiə Nazirliyi önündə aksiya keçirilib.
HİT.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, son müharibədə iştirak edənlər veteran statusu və imtiyazlardan məhrum edildikləri üçün aksiya keçiriblər. Belə ki, onların hərbi biletləri və müharibədə iştirak haqqında qeydlər yoxdur.
Nazirlikdən aksiyaçılara bildirilib ki, bu məsələ hərbi komissarlığın səlahiyyətlərinə aiddir. Etirazçılar bundan sonra Səfərbərlik Xidmətinin qarşısında aksiya keçirmək üçün ərazini tərk ediblər.
Yenisabah.az