Paşinyanın arvadı erməniləri yenə qəzəbləndirdi - FOTO

DÜNYA
15:45 / 15.02.2021
7114

Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və parlamentin vitse-spikeri Lena Nazaryan Qarabağda ölən erməni hərbçisi Arşak Tonoyanın ailəsini ziyarət ediblər.

Yerli KİV bildirir ki, bu barədə Akopyan "Facebook"da fotolar paylaşıb. Bildirib ki, onlar Şirak bölgəsinin Anuşavan kəndində yaşayan hərbçi ailəsinə baş çəkiblər.

Əvvəlki ziyarətlərində olduğu kimi, Akopyanın bu addımı da ermənilər tərəfindən qınanılıb. Narazı ermənilər sual ediblər ki, Akopyan nə vaxta qədər evində hələ də yas əhvalı olan hərbçi ailələrini xoşbəxt sima ilə, gülərüzlə ziyarət edəcək?

İctimai fəal Arevik Ohanesyan Akopyanın şəkillərini payalaşaraq yazıb: "Fotodakı baxışları belə adlandırardım- qatil həmişə cinayət yerinə qayıdır".

3
Virtualaz.org