Türkiyədə saxlanılan rus qadının İŞİD üzvü olduğu müəyyən edilib.
Hit.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qadının İŞİD üzvü kimi İnterpol tərəfindən qırmızı bülletenlə axtarışında olduğu müəyyən edilib.
Qeyd edək ki, bu gün Hatayın Narlıca bölgəsinə Suriya sərhədindən qanunsuz yolla keçərkən beşi Rusiya, biri Liviya vətəndaşı olan altı nəfər saxlanılıb.