Koronavirusun daha bir ştammı aşkar edildi

DÜNYA
10:38 / 20.02.2021
1099

Alimlər koronavirusun yeni – “yapon” ştammının aşkar olunduğunu bəyan ediblər.

“RİA Novosti”nin məlumatına görə, mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını bildiriblər.

Onlar həmçinin vurğulayıblar ki, ştammın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştammı aşkarlanıb.

5
Virtualaz.org