Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı qeydə alınıb.
Bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova “Rossiya 24” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vektor mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında quş qripinin yeni A(H5N8) növünü aşkarlayıblar.
A. Popova quş qripinə yoluxan şəxslərin özlərini yaxşı hiss etdiklərini qeyd edib.
“Hələlik quş qripinin insandan insana keçməsi halı qeydə alınmayıb”, - deyə o vurğulayıb.
APA