Türkiyədə növbəti güclü ZƏLZƏLƏ

DÜNYA
23:10 / 20.02.2021
1028

Aralıq dənizində, Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna yaxın bölgədə 4,1 bal gücündə zəlzələ olub.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Marmaris və Antalya ilə yanaşı ətraf ərazilərdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşviş yaradıb. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur.

1