Hindistan peyvənd yarışında varlı ölkələrin tərk etdiyi Karib dənizi ölkələrini on minlərlə pulsuz Covid-19 peyvəndlə təmin edir.
HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi, Latın Amerikası, Karib dənizi, Asiya və Afrikanın 49 ölkəsinə, əsasən pulsuz olaraq peyvənd tədarük etməyi planlaşdırdığını açıqlayıb. Bu günə kimi ölkə "Peyvənd Dostluğu" proqramı çərçivəsində 22.9 milyon doza paylayıb.
Dominik Respublikasının vitse-prezidenti Raquel Pena deyib ki, Hindistan, ölkəsinə 30 min doza bağışlayıb. Bu, Hindistanın Barbadosa bağışladığı 100 min dozadan və bu ayın əvvəlində Dominikaya bağışlanan 70 min dozadan dərhal sonra baş verib. Barbados Baş naziri Mia Mottley adada əsasən yaşlı və xroniki xəstəlikləri olan 12 min insana peyvənd vurulduğunu deyib.
Xatırladaq ki, dünyanın ən böyük peyvənd istehsalçılarından biri olan Hindistanın Serum İnstitutu, AstraZeneca Plc tərəfindən hazırlanmış Covishield peyvəndi istehsal edir.
Kasıb ölkələr, dərman istehsalçıları ilə tez bir zamanda müqavilə bağlayan varlı ölkələrlə peyvənd uğrunda rəqabət apara bilmədi. Karib dənizinin və Mərkəzi Amerikanın bir çox yerləri kampaniyaya başlamağa hələ bir neçə həftə qalıb.
Yamaykanın Baş naziri Andrey Holness isə keçən ay varlı ölkələri peyvəndləri "saxlamaqda" günahlandırıb.
Vüqar