"İsgəndər"in yaradıcısı danışdı: Paşinyan ağzının danışığını bilmir

DÜNYA
16:39 / 24.02.2021
3141

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya məxsus “İsgəndər” raket kompleksi haqqında neqativ fikirləri rus ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb.

HİT.Az xəbər verir ki,  rusiyalı mütəxəssislərin bu məsələ barədə Paşinyana cavabı gecikməyib.

Taktiki raketlər üzrə 37 illik təcrübəyə malik texniki elmlər doktoru Vladimir Kovolyov Paşinyanın fikirlərinə daha sərt formada cavab verib.

"Rusiyaya məxsus “İsgəndər”lərin işləməyəcəyini deyən Paşinyan sözünə cavabdeh olmalıdır. Raket kompleksi barədə bu sayaq iddialar irəli sürmək həm də məsələnin mahiyyətini bilməməkdən irəli gəlir. Açıq şəkidlə demək lazımdır ki, Ermənistanın Baş nazirinin bu cür fikirlər söyləməsi ləqayətsizlik və şərəfsizlikdir. Paşinyan ağzının danışığını bilmir. Onun “80-ci illərin silahı” barədə danışdıqları isə cahl bir həvəskarın yanaşmasından o yana keçmir. Rusiya ordusu yalnız 2019-cu ildə “İsgəndər”lə silahlanmasını başa çatdırıbsa, hansı “80-ci illərin silahı”ndan söhbət gedə bilər?”, - deyə Kovalyov bildirib.

VÜQAR

 

5