İraqın Kürdüstan regional vilayətinin mərkəzi Ərbil şəhərində Ermənistanın baş konsulluğu açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ərbildəki baş konsul Arşak Manukyan son aylarda İraq Kürdüstanındakı tərəfdaşlarla aktiv təmaslar sayəsində qarşılıqlı maraq doğuran gündəliyin formalaşdığını və bunun icrası üçün səy göstərməyə hazır olduğunu bildirib.
Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan isə İraq Kürdüstanı ilə inkişaf edən münasibətlərin iki xalq arasındakı tarixi əlaqələrə və dostluğa söykəndiyini qeyd edib.