Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edən müxalifət itaətsizlik aksiyalarının bərpa edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Yerevanda bir sıra küçələri bağlayıb.
Aksiya zamanı "Nikolsuz Ermənistan" kimi şüarlar səsləndirilib.
"Daşnaksutyun" partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, itaətsizlik aksiyaları N.Paşinyanın istefasınadək davam edəcək.