Ordu Paşinyana ultimatum göndərdi - "İstefaya GET!"

DÜNYA
12:29 / 25.02.2021
1008

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan və bir qrup general Paşinyanın istefasını tələb edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbçilərin bəyanatı yayılıb.

Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatı Onik Qasparyan da daxil olmaqla baş qərargahın bütün rəhbərliyi, eləcə də böyük hərbi birləşmələrin komandirləri və bütün şöbələrin rəhbərləri tərəfindən imzalanıb.

"Ermənistanın baş naziri və hökuməti bu böhranı və erməni xalqı üçün taleyüklü vəziyyəti idarə edə bilmirlər. Ermənistan silahlı qüvvələri uzun müddətdir ki, mövcud hakimiyyət tərəfindən silahlı qüvvələri nüfuzdan salmağa yönəlmiş “hücumlara” səbrlə dözürlər, lakin hər şeyin öz həddi var. Mövcud vəziyyətlə əlaqədar olaraq, Ermənistan silahlı qüvvələri, baş nazirin və Ermənistan Respublikası hökumətinin istefasını tələb edir, eyni zamanda insanlara güc tətbiq etməkdən çəkinmələri barədə xəbərdarlıq edir", - deyə bəyanatda qeyd olunub.

Paşinyanın dərhal istefa verməsi tələb olunur.

0