Nyu-Yorkda yayılmağa başlayan koronavirusun yeni variantındakı mutasiyalar mövcud peyvənd dərmanlarının təsirini azalda biləcəyi güman edilir.
"Report” "NYT”yə istinadən xəbər verir ki, bu qənaət Kaliforniya Texnologiya İnstitutu və Kolumbiya Universiteti əməkdaşlarının birgə tədqiqatında irəli sürülür.
Həmçinin Nyu-York variantında başqa ölkələrdə, o cümlədən Cənubi Afrika Respublikasında da aşkarlanmış mutasiyalarının da mövcud olduğu bildirilir.