Ermənistan Polisi və MTX Paşinyana dəstək verib

DÜNYA
17:38 / 25.02.2021
802

“Biz vətəndaşlarımızı təhrikedici çağırışlara uymamağa, asayişi qorumağa və ayıq-sayıq olmağa çağırırıq”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin ölkədəki vəziyyətlə bağlı yaydıqları birgə bəyanatda bildirilib.

“Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”, - bəyanatda vurğulanıb.

Güc strukturları bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan istənilən fəaliyyətə adekvat cavab verəcək.

0