ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib

DÜNYA
18:50 / 25.02.2021
668

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

Hit.az xəbərinə görə, bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə İsveç XİN başçısı qeyd edib.

0