Şoyqu və Arutyunyan arasında telefon danışığı - Qarabağdakı bu məsələ müzakirə olundu 

DÜNYA
19:31 / 25.02.2021
2498

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. 

Hit.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, telefon danışığı Rusiya müdafiə nazirinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Ermənistandakı vəziyyəti, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ilə bağlı məsələni müzakirə ediblər.

12