Putin Paşinyanla telefonla danışdı 

DÜNYA
20:37 / 25.02.2021
743

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

APA nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.

Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb. 

Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.

0