“Prezident Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası təklifini növbəti kadr dəyişikliyi hesab etmir”.
“RİA Novosti” xəbər verir ki, bu haqda Ermənistanın prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Konstitusiyaya əsasən prezidentin Baş nazirin qərargah rəisini istefaya göndərmək təklifi ilə bağlı mövqeyini bildirməsi üçün üç gün vaxtı var:
“Dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi zərurəti nəzərə alınaraq, prezidentin vəzifəli şəxslərin təyin və ya vəzifədən azad edilməsinə dair hər hansı bir əsas etirazı olmayıb. Bununla belə, mövcud böhran şəraitində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefaya göndərilməsi növbəti kadr dəyişikliyi hesab oluna bilməz. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr ölkənin müdafiə, təhlükəsizlik və ərazi bütövlüyünü, sərhədlərin toxunulmazılığını təmin edir”.
Administrasiyadan bildirilib ki, hazırkı vəziyyətdə kimsə prezidentin siyasi proseslərə qarışmasına çalışmamalıdır:
“Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Prezident hər hansı tərəfi tutmur. Yalnız dövlətin və xalqın maraqlarını müdafiə edir”.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Onun bu qərarı Armen Sarkisyan tərəfindən təsdiqlənərsə, Qasparyan vəzifədən kənarlaşdırılacaq.