Ermənistanda siyasi gərginlik davam edir.
HİT.Az xəbər verir ki, Baş nazir Nikol Paşinyan dünən tərəfdarlarını meydana çıxarmaqla hərbi qiyamın qarşısını ala bilsə də, revanşist qüvvələr geri çəkilmək niyyətində deyil.
Qarabağ klanına bağlı müxalif qüvvələt bu gün Ermənistan parlamentinin qarşısına toplaşıb. “Baqramyan prospektində gecə sakit keçdi. Səhər saatlarından isə Vazgen Manukyan əraziyə gəlib. Burada həmçinin “Vətəni xilasetmə hərətkatı” nın üzvləri də var. Vətəndaşlar parlament binasının qarşısına toplaşmaqda davam edir”, - erməni mediası yazır.
Baqramyan prospektindəki aksiyaya qatılan Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovanisyan bildirib ki, Ermənistanın hərbi rəhbərliyinin bəyanatı onların xəyanətlə bağlı dəlilləri təqdim etməyə hazır olduqlarını göstərir. Bu baxımdan, Baş Prokurorluq qanuna müvafiq olaraq, xain barədə cinayət işi başlamalıdır.
Ovanisyan xain deyərkən Nikol Paşinyanı nəzərdə tutur. Revanşist qüvvələr Ermənistanın Qarabağ savaşındakı məğlubiyyətininin arxasında xəyanətin dayandığını iddia edir. Bu, bir tərəfdən Azərbaycanın hərbi gücünə kölgə salmaq, digər tərəfdən, Paşinyanı devirmək məqsədilə ortaya atılmış iddiadır.
Nikol Paşinyan isə siyasi gərginliyə baxmayaraq, istefa vermək niyyətində görünmür. Onun qiyamçı hərbi rəhbərliyi cəzalandıracağı barədə məlumatlar yayılır. Ermənistanın Baş Prokuroluğu və digər güc strukturları da bu məsələdə Baş nazirə dəstək nümayiş etdirir.
VÜQAR