Rusiya Federasiyasının Mahaçqala şəhərində polis əməkdaşları ilə iki naməlum şəxs arasında silahlı insident yaşanıb.
Hit.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Atışma nəticəsində bir nəfər hüquq-mühafizə xidmətinin əməkdaşı çiynindən yaralanıb.
Həmçinin polisə hücum edən şəxlərdən biri yaralanıb, digər silahlı isə saxlanılıb.
Hadisənin təfərrüatı ilə bağlı hələlik məlumat verilmir.