Türkiyə məktəblərində əyani təhsilin bərpası bu günə planlaşdırılsa da, bölgələrdəki epidemioloji vəziyyətlə əlaqədar olaraq məktəblərin açılışı martın 2-nə təxirə salınıb.
Bu barədə Türkiyənin təhsil naziri Ziya Səlçuk açıqlama verib.
“Məktəblərin açılış təqvimindəki 1 günlük gecikmə üçün bütün vətəndaşlarımızdan üzr istəyirəm. Son bir neçə gündə bəzi bölgələrdə müşahidə olunan yoluxma artımı yenidən qiymətləndirmə zərurəti yaradıb. Sağlamlıq prioritetimizdir. Səbriniz və anlayışınız üçün təşəkkür edirik”,- deyə Ziya Səlçuk qeyd edib.
“Qafqazinfo”