Türkiyə təhlükəsizlik xidməti İstanbul hava limanında yerə enən təyyarədə yoxlanış apardıqdan sonra heç bir partlayıcı qurğu aşkar etməyib.
Bu barədə hava gəmisinin məxsus olduğu “Türk Hava Yolları” şirkətinin nümayəndəsi Yəhya Üstün məlumat verib.
“Oslodan İstanbula gələn TK1752 saylı reysdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Təyyarə yerə endikdən sonra sərnişinlər təcili şəkildə evakuasiya olunub. Polisin yoxlanışından sonra məlumatın yalan olduğu üzə çıxıb”, - deyə o, özünün “Twitter” səhifəsində bildirib.
TK1752 sefer sayılı Oslo - İstanbul uçuşumuz için bomba ihbarı yapılmıştır. Uçağımızın İstanbul Havalimanı'na inişi sonrasında yolcularımız güvenle tahliye edilmiş ve polis ekipleri tarafından yapılan inceleme sonucu ihbarın asılsız olduğu anlaşılmıştır.
— Yahya ÜSTÜN (@yhyustun) March 1, 2021