“Üçtərəfli bəyanata zidd hərəkət böyük faciəyə səbəb ola bilər” - Matviyenko

DÜNYA
21:44 / 01.03.2021
904

Rusiya İrəvandakı hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata əməl etməsinə ümid edir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "RİA Novosti"yə müsahibəsində deyib.

“Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına ümid edirik, çox inanırıq. Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsində - red.) Bu bəyanata zidd olacaq hər hansı hərəkət, hər hansı bir addım böyük faciəyə səbəb ola bilər, buna yol vermək olmaz”, - deyə Matviyenko bildirib.

O, üçtərəfli bəyanatın Qafqaza sabitlik gətirdiyini söyləyib: “Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər. Hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, razılıq əldə edildi. İndi bunun davam etdirilməsinə çalışmalıyıq”.

0