İrandan ABŞ-a şərt: Bunu davam etdirməyin yolu...

DÜNYA
22:19 / 02.03.2021
736

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı müzakirə edilə bilməz və onu davam etdirməyin yeganə yolu ABŞ sanksiyalarının qaldırılmasıdır.

Bunu İran Prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-ın nüvə anlaşmasından çıxması və Avropanın vədlərini yerinə yetirməməsi İranın öhdəliklərini azaltması ilə nəticələndi:

“Tehran tərəfindən əlavə protokolun könüllü tətbiqinin dayandırılması parlament tərəfindən qəbul edilmiş qanun çərçivəsində həyata keçirildi, lakin İran tərəfi ilə MAQATE arasında əməkdaşlıq davam edir”.

0
Axar.az