\"Ordunu yenidən qurmaq üçün azı 3 milyard dollar lazımdır\" - Köçəryan

14:52 / 04.03.2021
1232

"Ordunu yenidən qurmaq üçün 3 milyard dollar lazımdır".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu sabiq Ermənistan prezidenti Robert Köçəryan keçirdiyi mətbuat konfransında deyib.

"Hakimiyyət bunu hərbi sirr kimi saxlayır. Amma canlı qüvvə, material baxımından itkilərin miqyası böyükdür. Ordunu yenidən qurmaq üçün, onun döyüş qabiliyyətini bərpa etmək üçün azı 3 milyard ABŞ dolları lazımdır", - deyə Köçəryan bəyan edib.

3