Helikopter qəzasında şəhid olanlardan biri GENERALDIR

22:36 / 04.03.2021
1676

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.

Hit.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyə ordusuna məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 3 nəfər yaralanıb.

6