Pandemiyanın bitəcəyi tarix açıqlandı

DÜNYA
15:40 / 05.03.2021
2023

Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.

Bu fərziyyəni Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun direktoru Hans Kluge “Die Welt” qəzetinə müsahibəsində deyib:

“Düşünürəm ki, 2021-ci il fərqli COVID ili olacaq. Ancaq indi hadisələri daha yaxşı proqnozlaşdırıb, idarə edə bilərik. 2020-ci ildə həm səhiyyə, həm də siyasətdə yalnız qeyri-müəyyənlik var idi. Bir il keçəndən sonra daha çox şey bilirik, bizim alətlərimiz, diaqnostik proqramlarımız, peyvəndlərimiz var. 2022-ci ilin əvvəlində pandemiyanın bitəcəyinə inanıram, ancaq bu virusun özünün aradan qalxacağı anlamına gəlmir”.

ÜST sözçüsü peyvənd məsələsində səbrli olmağa çağırıb:

“Başlanğıcda tələb həmişə təklifi üstələyir. Bütün planet sakinləri bir anda peyvənd edilə bilməz”.

Klugenin sözlərinə görə, Avropadakı vətəndaşların yayda peyvənd pasportlarına sahib olmaları mümkündür.

0
oxu.az