Ermənistan "Avroviziya 2021” mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə ölkənin ictimai televiziyası öz "Facebook” səhifəsində məlumat yayıb.
"Ətraflı müzakirələr və danışıqlardan sonra ictimai televiziya bəyan edir ki, Ermənistan "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək”, - deyə qurumun bəyanatında bildirilir.
Qərarın "ölkədə baş vermiş hadisələr, vaxt çatışmazlığı və digər obyektiv səbəblər”dən qəbul edildiyi qeyd olunur.
Xatırladaq ki, Ermənistan 2006-cı ildən yarışmada iştirak edir.
Builki müsabiqə 18-22 may aralığında Rotterdamda keçiriləcək.