ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edəcək.
“Anadolu” agentliyi bildirir ki, bunu Ağ Evin nümayəndəsi Cen Psaki jurnalistlərin Amerika liderinin Türkiyə Prezidenti ilə indiyədək nə üçün telefon danışığı keçirməməsi barədə sualını cavablandırarkən deyib.
"Əlbəttə, bir çox dünya liderləri var ki, Prezident onlara zəng etməlidir və o bunu ən yaxın həftələrdə, aylarda edəcək. Əminəm ki, o, hansısa bir anda Ərdoğanla danışacaq", - Psaki deyib.
Virtualaz.org