Ruhanidən İraqa mesaj: Pulumuzu verin!

DÜNYA
23:25 / 06.03.2021
1074

İran Prezidenti Həsən Ruhani ilə İraq Baş naziri Mustafa Kazımi arasında telefon danışığı olub.

Bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.

“İranın milyardlarla dolları qeyri-qanuni şəkildə İraq banklarında blok olunub. İraq rəsmilərinin dəfələrlə söz verməsinə baxmayaraq, hələ də pul İrana geri qaytarılmayıb. İranın İraqdakı xarici valyuta ehtiyatları sürətli şəkildə sərbəst buraxılmalıdır”, - Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, həm İraqda, həm də regionda ABŞ hərbçilərinin mövcudluğu sabitliyi pozur:

“Amerikalılar hər zaman bölgədə dağıdıcı rol oynayıblar. İraq parlamentinin ABŞ hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərarının icrası bölgədə sülh və sabitliyə xidmət edə bilər”.

M.Kazımi də öz növbəsində ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib:

“ABŞ rəhbərliyindəki dəyişiklik ölkələr üçün əməkdaşlıq şərtlərini daha uyğun hala gətirdi. İraq İrana qarşı bütün sanksiyaların ləğvi üçün səy göstərməyə davam edəcək”.

0
Axar.az