COVID-19 vaksinin istehsalçıları nə qədər QAZANIB?

DÜNYA
21:57 / 07.03.2021
1751

Koronavirus pandemiyasının vaksin istehsalçılarına külli miqdarda gəlir gətirdiyi heç kəs üçün sirr deyil.

“Haber Global”ın “The Guardian” nəşrinə istinadən yaydığı məlumata görə, vaksinasiya prosesindən ən çox gəlir qazanan şirkətlər arasında “BioNTech” və “Pfizer” cütlüyü ilk yerdədir. Şirkətlərin vaksin satışından 15 milyard dollar gəlir qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, son bir ildə “Pfizer” səhmlərinin 1.8%, “BioNTech” səhmlərinin isə 156% bahalaşması səbəbindən şirkətlərin məcmu gəlirlərinin 30 milyard dollara çata biləcəyi gözlənilir.

ABŞ-ın “Moderna” şirkəti də pandemiyadan qazanclı çıxanlar arasında yer alır. Şirkətin bu ili 18,4 milyard dollar gəlirlə başa vuracağı bildirilir.

“Johnson & Johnson” şirkəti də vaksin işinə bir qədər gec başlamasına baxmayaraq, cari ili 10 milyard dollarlıq gəlirlə tamamlaya bilər.

Adıçəkilən şirkətlərlə yanaşı, pandemiya dövründə Çinin “Sinovac”, ABŞ-ın “Novovax” və Rusiya peyvənd istehsalçılarının da külli miqdarda vəsait qazandıqları bildirilir.

3
Oxu.az