Növbəti on il ərzində NASA Aya ilk qadını göndərməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
“Artemida” adlanan Ay missiyasının üzvləri doqquz kişi və doqquz qadın astronavt olacaq.
Hazırda layihənin bir sıra çətinliklər, o cümlədən maliyyə çətinliklərilə üzləşdiyi bildirilir. Buna baxmayaraq, alimlər kosmik səfərin təşkilində israrlıdırlar.
NASA-da kosmik uçuşların rəhbəri olan Çarli Blekvel-Tompsonun sözlərinə görə, insanların Aya qayıdışı çox sayda elmi kəşflərin başlanğıcı ola bilər.
“Bizim Ayda öyrənəcəyimiz hələ çox məsələlər var. “Apollo” proqramı çərçivəsində əldə olunan məlumatların araşdırılması bu gün də davam edir”, - deyə o, bildirib.