Ermənistanda müxalifət meydanlara axışır

DÜNYA
13:55 / 09.03.2021
896

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” martın 9-da baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən mitinq keçirəcək.

HİT.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.

O bildirib ki, aksiya saat 17-də Yerevanın Baqramyan prospektində başlayacaq.

0