İlon Mask Starship-10-un partlayış səbəbini açıqladı

DÜNYA
12:28 / 10.03.2021
1082

SpaceX-in qurucusu İlon Mask Twitter mikrobloqunda platformaya enərkən "Starship” kosmik gəmisinin partlamasının səbəbini açıqlayıb.

HİT.Az xarici mediaya istinadla xəbər verir ki, Mask buna səbəb kimi mühərrikin gücünün çatmamasını göstərib:

"Yanacaq çənindən qismən helyum daxil olması səbəbindən SN10 mühərrikinin gücü çatışmadı. Nəticədə 10 m/s sürətdə dayaqlar və alt qabığın bir hissəsi qırıldı... Gələcəkdə SN11-in prototipində tənzimləmələr olacaq", - Mask deyib.

0