“Ermənistan Silahlı qüvvələri bu gün yeni bəyanatla çıxış edərək Baş qərargah rəisi Onik Qasparyanın arxasında durduğunu bildirib.
“Ermənistan SQ-nin komanda heyəti general-polkovnik Onik Qasparyanın çağırışlarına qoşulduğunu və onun respublikadakı situasiya ilə bağlı dəyərləndirmələrini təsdiqlədiyini bildirir.
Ali komanda heyətinə təyin olunan istənilən hərbi qulluqçunun azad olunması və çətinliklərin aşılması ilə bağlı qərarlar yalnız buna səriştəsi çatan şəxslər tərəfindən verilə bilər.
Ona görə də Ermənistan Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10.03.2021 tarixdə verdiyi çağırışı biz əmr olaraq qəbul edirik”,-deyə bəyanatda bildirilir.
Xatırladaq ki, bu gün Onik Qasparyan hökumətin onun vəzifədən azad olunması barədə qərarını tanımadığını bildirmişdi.