Səudiyyə Ərəbistanı hökuməti 6 ədəd döyüş təyyarəsini Yunanıstanın Krit adasındakı "Souda" hərbi bazasına gönədərəciyini bəyan edib.
HİT.Az metbuat.az-a istinadən xəbər verir ki, təyyarələr təlimlərə cəlb ediləcək. Yunanıstan mediasının məlumatına görə, krallığın qırıcılarını Türkiyə sərhədinə göndərməsi güc nümayişidir.
Qeyd edək ki, 4 gün sonra Egey və Aralıq dənizinin şərqində Türkiyə əleyhinə olan bir neçə ölkənin iştirakı ilə təlimlər keçiriləcək.
Türk hərbi gəmilərinin və qırıcılarının bölgədə olması gərginliyi artırıb.