Rusiya müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı kifayət qədər sərt olub.
HİT.Az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“Past.am” saytı iddia edib ki, Şoyqu Arutyunyanı danlayıb. “Sergey Şoyqu Ermənistan silahlı qüvvələri ətrafında gedən situasiyanı diqqətlə izlədiklərini Arutyunyanın diqqətinə çatdırıb. Rusiya müdafiə naziri Ermənistan ordusunun dağılmasına yol verməyəcəklərini də vurğulayıb. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın silahlı qüvvələrə qəsdi əslində Qərbin sifarişidir.
Ermənistan müdafiə naziri rusiyalı həmkarını sakitləşdirməyə çalışaraq problemin orduda deyil, konkret olaraq Baş Qərargah rəisi Onik Qasparyan və onun ölkə rəhbərliyinə qarşı çıxışını dəstəkləyən hərbçilərdə olduğunu söyləyib.
Sergey Şoyqu isə onunla razılaşmadığını bildirərək, Ermənistan ordusunun Rusiyanın bölgədəki maraqlarında böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb”, - deyə sayt iddia edib.
Qeyd edək ki, bu gün Sergey Şoyqu ilə Vaqarşaq Arutyunyan arasında telefon danışığı olduğu haqda rəsmi açıqlama yayılmışdı.