Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərindəki V.A.Deqtyaryov adına müdafiə sənayesi müəssisəsində yanğın baş verib.
Bu barədə “Haber Global” yerli FHN-in mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata əsasən, yanğın 300 kvadrat metrlik sahəni əhatə edib.
Qeyd edək ki, yanğının səbəbləri və hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
oxu.az