“Paşinyan təcili istefa verməlidir” - Tsarukyan

DÜNYA
09:23 / 13.03.2021
1256

“Nikol Paşinyan təcili istefa verməlidir və dərhal növbədənkənar seçkilər keçirilməlidir”.

“Qafqazinfo” “Yerevan.Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan jurnalistlərə açıqlamasında bildirib.

Tsarukyan Ermənistandaki vəziyyəti fəlakətli hesab edir: “Əgər təcili tədbirlər görülməsə, ölkəni kollaps gözləyir”.

“Bu hakimiyyət tamamilə heç nə edə bilmir və ölkənin xilası üçün yeni hökumət formalaşdırılmalıdır”, - deyə Tsarukyan bəyan edib.

Tsarukyan vurğulayıb ki, Paşinyanın fəaliyyəti ilə bağlı mövqeyində və vəziyyətin qiymətləndirilməsində heç nə dəyişməyib: “Paşinyanı istefaya göndərmək və növbədənkənar seçkilər təşkil etmək lazımdır. Paşinyanla görüş isə yalnız bu məsələni müzakirə etmək üçün mümkündür”.

1