Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin dünyada dostlarının olmadığını açıqlayıb.
Bu barədə “BelTA” məlumat yayıb.
“Mənim ifadəmə diqqət yetirin, bizim dünyada dostumuz yoxdur”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı danışılacaq çox sözü var, ancaq bunlar zamanla olacaq.
oxu.az