Ermənistanda 180 hərbçi saxlanıldı - Məğlubiyyətə görə

DÜNYA
19:29 / 14.03.2021
3194

Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.
 
Hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.
 
Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.
 
"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, - qəzet qeyd edib. "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.
 
Bu arada Ermənistan hakimiyyəti hərbi büdcənin azaldılması məsələsini fəal şəkildə müzakirə edir.

0
Modern.az