Gəmilərin sayına görə dünyanın ən böyük donanmasına sahib ölkə 

DÜNYA
14:09 / 15.03.2021
1853

Çin Xalq Respublikasının hərbi xərclərini 6,8 faiz artırması Avstraliyanı narahat edir.

HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, Avstraliyanın təhlükəsizlik üzrə mütəxəssisi, "Lowy" institutunun direktoru Sam Roqqevenin fikrincə, Çinin hərbi sahəni genişləndirməsi federal hökumət siyasətinin əsas xətti olaraq qalır.  

S.Roqqeven deyib ki, Çin dəniz qüvvələrinin modernləşdirilməsi və genişləndirilməsi Avstraliya üçün xüsusi narahatlıq yaradır: “Çin indi gəmilərin sayına görə dünyanın ən böyük donanmasına sahibdir. Ancaq onların bəziləri müxtəlif keyfiyyətə malikdir”.

Xatırladaq ki, Çin hökuməti bu yaxınlarda müdafiə xərclərini 6,8 faiz artırdığını bildirib. Büdcə artımı keçən ilin artımından yalnız 0,2 faiz çox olsa da, Asiyada hərbi xərclərdəki ən böyük artımdır. Çin Maliyyə Nazirliyi 2021-ci ildə ordu üçün maliyyənin 1,355 trilyon yuana (209 milyard ABŞ dolları) çatacağını, Baş nazir Li Keqianq isə xalq qanunverici orqanının açılış iclasında Xalqın Azadlıq Ordusunun döyüş hazırlığını artırmaq üçün aktiv təlim alacağını söyləyib. 

Vüqar

1