Şimali Koreya lideri Kim Çen Inın bacısı, tez-tez siyasi arenada görünən Kim Yo-jongun dövlət mediasında yayımlanan yeni açıqlamasında ABŞ və Cənubi Koreya ortaq hərbi təlimlər keçirməyə görə tənqid olunur.
Kim Yo-jong rəsmi “Rodong Sinmun” qəzetində yayımlanan bir açıqlamasında "Torpaqlarımızdakı barıt qoxusunu okeana doğru yaymağa çalışan ABŞ-dakı yeni rəhbərliyə bir tövsiyə: Gələcək 4 il ərzində hüzurlu yatmaq istəyirlərsə, ilk addım olaraq bəla çıxartmaqdan uzaq dursalar, yaxşı olar”, - deyə bildirib. Ortaq hərbi təlimləri özlərinə qarşı təhdid olaraq görən Kim, Cənubi Koreyanı yenidən müharibə yolunu seçməkdə ittiham edib.
Kimin açıqlamaları ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Seulu ziyarət etməsindən bir gün əvvəl yayımlanıb. Amerika hökuməti buna cavab olaraq, həftələrdir Şimali Koreya ilə diplomatik əlaqə qurmağa çalışdıqlarını söyləyib. Digər tərəfdən, Şimali Koreya rəhbərliyi hələ də Baydenin prezidentliyini qəbul etməyib.
Qeyd edək ki, prezident Baydenin Şimali Koreya siyasəti ilə bağlı gələn ay açıqlama verməsi gözlənilir.