COVID-19-a qarşı olan peyvənd laxtalanmaya səbəb olur? 

DÜNYA
19:31 / 16.03.2021
1146

COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Dərman Agentliyinin rəhbəri Emer Kooki bildirib.

“Agentlik hələ də “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.

Avropa Dərman Agentliyinin rəhbəri vurğulayıb ki, peyvənd vurulandan sonra qanda laxtalanmanın yaranmasına dair iddialar araşdırılır və martın 18-də araşdırmanın nəticələri təqdim olunacaq.

Qeyd edək ki, Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bəzi ölkələr sağlamlıq təhlükəsi ilə əlaqədar “AstraZeneca”nın istifadəsini dayandırıb.

3