NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin 2020-ci ildəki müdafiə xərclərini açıqlayıb.
HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il sözügedən xərclər 1,1 trilyon dollara yüksəlib.
ABŞ-dan sonra müdafiəyə ən çox pul xərcləyən ölkələr İngiltərə, Almaniya və Fransa olub.
Baş katibin sözlərinə görə, son illərdə NATO müttəfiqlərinin müdafiə xərclərindəki artım davam edir.
Təxmini rəqəmlərə əsasən, NATO-ya üzv 30 ölkə arasında ən çox müdafiə xərcləri 785 milyard dollarla ABŞ-a məxsusdur. Digər üzv ölkələrin ümumi müdafiə xərcləri isə 322 milyard dollara çatıb.
Müdafiəyə İngiltərə 61,8 milyard dollar, Almaniya 59 milyard dollar, Fransa 52,8 milyard dollar və İtaliya 26,1 milyard dollar xərcləyib.
NATO hesabatına əsasən, Türkiyənin sözügedən xərcləri 12,9 milyard dollar təşkil edib.
Müdafiəyə ən az pul xərcləyən ölkələr isə 84 milyon dollarla Monteneqro, 154 milyon dollarla Şimali Makedoniya, 182 milyon dollarla Albaniya olub.