Koronavirusun testdə görünməyən növü aşkarlandı

DÜNYA
13:50 / 17.03.2021
928

Fransada koronavirusun PCR testlərdə görünməyən yeni növü aşkarlanıb.

Bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransanın Bretan bölgəsində aşkarlanan bu növə yoluxma hallarında xəstəlik əlamətləri müşahidə olunsa da, test nəticələri neqativ göstərib. Bu növ virusa yoluxma diaqnozu qoymaq üçün seroloji qan testindən keçmək zəruridir. 

Hazırda alimlər bu növün təsirlərini daha yaxşı anlamaq üçün araşdırmalar aparırlar. Mutasiyanın peyvəndlərə və antikorlara reaksiyasının da sınaqdan keçiriləcəyi bildirilib.

Son məlumatlara görə, Fransada 4,1 milyondan çox insan koronavirusa yoluxub, 91 min nəfər xəstəlik səbəbindən həyatını itirib. Ölkədə sərt məhdudlaşdırıcı tədbirlər və komendant saatı rejimi davam edir.

0
“Qafqazinfo”