“Putin buna görə cavab verəcək” - Baydendən sərt çıxış

DÜNYA
16:30 / 17.03.2021
1636

BŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə sərt xəbərdarlıq edib.

Xarici KİV xəbər verir ki, ABŞ lideri Moskvanın 2020-ci il prezident seçkilərinə müdaxiləsini təsdiq olunmuş fakt kimi təqdim edib.

“Putin ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab verəcək”- deyə o söyləyib.

Jurnalistin "Putini qatil hesab edirsinizmi?" sualına isə Ağ Evin sahibi "bəli, hesab edirəm"-deyə təsdiq cavabı verib.

Co Baydenin sərt çıxşı fonunda rus rublu dollara qarşı ucuzlaşmağa başlayıb.

2
Modern.az