Türkiyədə siyasi partiya ləğv oluna bilər

DÜNYA
20:43 / 17.03.2021
1067

Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkənin Konstitusiya məhəməsinə müracitə edib.

Bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş prokuror Türkiyə Böyük Millət Məclisində 55 millət vəkili ilə təmsil olunan Xalqların Demokratik Partiyasının ləğv olunmasını tələb edib.

B.Şahin öz tələbini siyasi partiya üzvlərinin “öz bəyanatları və hərəkətlərilə dövlətlə xalq arasında olan bütünlüyü pozmağı hədəfləməsi” ilə əsaslandırıb.

0
oxu.az