Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın işi ilə bağlı qərarını elan edib.
Hit.az-ın məlumatına görə, bu barədə “news.am” Mediaport teleqram kanalına istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, Qasparyanın vəzifəsini davam etdirməsi ilə bağlı vəsatət təmin olunub və bu müddətdə yeni Baş Qərargah rəisinin elan edilməsi qadağan edilib.
Bu isə vəsatətlə bağlı son qərar elan edilənədək Qasparyanın Baş qərargah rəisi vəzifəsini davam etdirəcəyi deməkdir.
Qasparyanın vəkili Artur Ovannisyan erməni mediasına açıqlamasında məhkəmə aktını hələ almadıqlarını və onun səhər təqdim oluna biləcəyini deyib.
Qafqazinfo