Ermənistan Baş Naziri Nikol Paşinyan erkən parlament seçkilərinin 20 iyunda keçiriləcəyini açıqlayıb.
O, bu barədə "Faebook" hesabında məlumat verib.
Paşinyan bildirib ki, o, bu qərara “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanla görüşdən sonra gəlib. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğunu qənaətinə gəliblər.
“Ermənistan Prezidenti, “Mənim addımım” və “Çiçəklənən Ermənistan” fraksiyalarının liderləri ilə müzakirələri nəzərə alaraq, bu ilin 20 iyununda erkən parlament seçkiləri keçiriləcək”,- deyə N. Paşinyan qeyd edib.
“Qafqazinfo”